AB Rusiya və Belarus oliqarxlarının və təşkilatlarının təxminən 30 milyard avroluq aktivlərini dondurub.
Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Məlumata görə, Brüsseldəki işçi qrupunun məqsədlərindən biri də AB-nin sanksiyaları altında olan şəxslərə məxsus aktivlərlə cinayətkar fəaliyyət arasında əlaqəni öyrənməkdir:
“Üzv dövlətlərin yarıdan çoxu aktivlərin dondurulması üçün görülən tədbirlər haqqında Komissiyaya məlumat verib. Komissiyaya qayıqlar, helikopterlər, daşınmaz əmlak, 6,7 milyard avro dəyərində incəsənət nümunələrinin müsadirəsi, 29,5 milyard avroluq dondurulmuş aktiv barədə məlumat verilib. Bundan əlavə, təxminən 196 milyard avroluq əməliyyatlar bloklanıb”.