Böyük Britaniya enerjidə xaricdən asılılığı azaltmaq və enerji qiymətlərinin artması ilə mübarizə aparmaq üçün 8 yeni nüvə reaktoru tikəcək.
Axar.az xəbər verir ki, bu barədə Britaniya hökuməti açıqlama yayıb.
Bildirilir ki, rəhbərliyə bağlı yeni nüvə planlaşdırma bölməsi yaradılıb və yeni layihələrin təcili olaraq gündəmə gətirilərək maliyyələşdirilməsi hədəflənir.
Açıqlamada hökumətin bu çərçivədə təxminən 120 milyon funt sterlinqlik yeni qaynaqlar ayıracağı və artan enerji qiymətləri ilə mübarizə məqsədilə ölkədə 8 yeni nüvə reaktorunun inşa ediləcəyi bildirilib.