Brüssel görüşündən sonra Ermənistanda hakimiyyətə qarşı etirazlar genişlənir.
Erməni millətçilər Baş nazir Nikol Paşinyanın Qarabağı Azərbaycanın ərazisi olaraq tanımağa hazırlaşdığını iddia edirlər.
Axar.az Publika.az-a istinadən xəbər verir ki, aparılan kampaniya çərçivəsində Ermənistanın müxtəlif yerlərində qaldırılan Qarabağdakı separatçı-terrorçuların qondarma “bayrağı” ermənilərin özləri tərəfindən cırılıb.
Erməni ekspert Narek Samsonyan bildirir ki, İrəvandakı Fransa meydanında qaldırılan separatçıların əski parçası “Sasna Çrer” qruplaşmasının üzvləri tərəfindən ləkələnərək, təhriq olunub.