Donetsk “xalq respublikası”nın “qüvvələri” 160 yaşayış məntəqəsinə nəzarəti ələ keçirib.
Axar.az xəbər verir ki, bu barədə “dxr”in “ərazi müdafiə qərargahı” məlumat yayıb.
“Bu gün Donetsk “xalq respublikası”nın “qüvvələri” Rusiya ordusunun atəş dəstəyi ilə Novoqriqorovka (Volodarski rayonu), Pannovka, Sujenka da daxil olmaqla, 160 yaşayış məntəqəsini azad edib və tam nəzarəti təmin edib. Azad edilən ərazilərə Luqovoye, Sadovoye, Fyodorovka, Kalçinovka, Nazarovka, Ukrainka, Respublika, Ksenovka, Novoromanovka, Sergeyevka, Starçenkovo, Peremoqa, Priazovskoye, Şevçenko, İliçovskoye, Rıbatskoye, Çervonoyeka daxildir”, - məlumatda deyilir.