Kanada Rusiya diplomatlarını ölkədən çıxarmaq fikrində deyil, çünki bu, ölkənin maraqlarına ziddir.
Axar.az xəbər verir ki, bu barədə Kanada Baş naziri Castin Trudo deyib.
O bildirib ki, rusların qovulması Ottavanın Moskva ilə əlaqə saxlamasına və Rusiyada kanadalıları dəstəkləməsinə mane olacaq:
“Çox diqqətli olmalıyıq. Biz diplomatik sualların yarandığı indiki böhranlı vaxtda Moskvadakı informasiya mənbələrindən məhrum olmaq istəmirik. Başqa ölkələrin və müttəfiqlərimizin etdiyi kimi Kanadadan rus diplomatlarını göndərsək, bu, Moskvadakı diplomatlarımızın azalmasına səbəb olacaq”.