Ukrayna Türkiyəni qarant ölkələr arasında göstərir.
Hələ dəqiq bir qərar verilməyib və məsələni yekunlaşdırmaq üçün hələ tezdir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri İbrahim Kalın deyib.
“Prinsipcə, biz bunu alqışlayırıq, çünki Ukraynanı dəstəkləmək və bu müharibəyə son qoymaq istəyirik. Biz ukraynalılarla, ruslarla danışdıq. Amerikalılar və fransızlarla da danışdıq, imzalamadan əvvəl həll edilməli olan bir çox hərbi detallar var”, - Kalın bildirib.