Ukrayna ətrafındakı vəziyyət ABŞ-ın dünyada hökmranlığını qoruyub saxlamaqla şişirdilmiş hegemona çevrilməsi tezisini tam təsdiqləyir.
Axar.az xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin deyib.
“Sovet İttifaqının tarixini xatırladan kifayət qədər maraqlı bir vəziyyət yaranır. ABŞ başda olmaqla, Qərb bütün dünyaya özünün belə inanmadığı ideoloji təlimatları yaymağa çalışır. Məşhur amerikalı ekspert Fərid Zəkəriyyənin qeyd etdiyi kimi, imperiya öz qüvvələrini həddən artıq genişləndirib və tədricən öz messian ritorikasını real addımlarla dəstəkləyə bilməyən şişirdilmiş hegemona çevrilir”, - Narışkin bildirib.