Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Fidel Coloma Grimberglə görüşüb.

 

Axar.az xəbər verir ki, rektor diplomatı rəhbərlik etdiyi ali təhsil ocağında görməkdən məmnun olduğunu bildirib.

“Biz sizinlə əməkdaşlığa, Çili mədəniyyəti ilə, ədəbiyyatı ilə daha dərindən tanış olmağa hazırıq. Arzu edərdik ki, Çili universitetlərinin biri ilə ciddi əməkdaşlığımız başlasın. İnanıram ki, bizim sıx əlaqələrimiz yaransa, Çilidə ictimaiyyətin Azərbaycan haqqında təsəvvürləri daha da dolğunlaşacaq, eyni zamanda Azərbaycanda Çili haqqında təsəvvürlər genişlənəcək. Bu isə bizim ispandilli ölkələrlə əlaqələrimizin bütöv və dolğun olmasına gətirib çıxaracaq. Çili olmadan bu bütövlüyü təmin etmək mümkün olmayacaq. Qarşılıqlı əlaqələrin qurulması hər iki ölkənin mədəniyyətinin öyrənilməsində, araşdırılmasında müstəsna rol oynayacaq”, - rektor deyib.

Rektor daha sonra ADU-da fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında məlumat verib, qonağı universitetin “Səfir saatı” layihəsində tələbələrlə görüşə dəvət edib.

Çili Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Fidel Coloma Grimberg ADU-nun Çilidə xarici dillərin tədrisini həyata keçirən universitetlərdən biri ilə sıx əməkdaşlığının qurulmasının zəruriliyinə diqqət çəkib. Diplomat qeyd edib ki, bunun üçün təşəbbüslə çıxış edəcək, danışıqlar aparacaq:

“İnanıram ki, əlaqələrimizin qurulması və inkişaf etdirilməsi tədricən öz müsbət nəticəsini verəcək. Müəllim-tələbə mübadiləsinin aparılması, elmi konfransların təşkil olunması və dil öyrənmə bacarıqlarının əldə olunması əməkdaşlığımız üçün yeni perspektivlər yaradacaq.”

Görüş qarşılıqlı əlaqələr və əməkdaşlıq münasibətlərinin imkanlarının müzakirəsi ilə davam edib.

29 Noyabr 2024 Tramp Maskla belə əyləndi - Video
29 Noyabr 2024 Azərbaycanda bu internet provayderləri ləğv edilir
29 Noyabr 2024 Özgür Özəl barəsində istintaq başladı
29 Noyabr 2024 Kremldən Əsədin gizli səfərinə müəmmalı cavab
29 Noyabr 2024 Kobaxidze AB-yə xəbərdarlıq etdi: səfiri qova bilər
29 Noyabr 2024 Dekabr ayının havası: yağış, qar…
29 Noyabr 2024 Əsəd qardaşını islamçılarla döyüşə göndərdi
29 Noyabr 2024 Suriyada yeni hücuma Kremldən reaksiya
29 Noyabr 2024 Papa Türkiyəyə səfər edəcək
29 Noyabr 2024 HƏMAS İsrail avtobusuna hücum etdi: 9 yaralı
29 Noyabr 2024 HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir
29 Noyabr 2024 Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi
29 Noyabr 2024 Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı
29 Noyabr 2024 2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək
29 Noyabr 2024 Orduya əmr verdim, bu halda müharibə olacaq - Netanyahu
29 Noyabr 2024 Qazaxıstanda buna hazırıq - Putin
29 Noyabr 2024 Putin heç kimə bunu etməyə icazə vermir
29 Noyabr 2024 Bütün cəbhə xəttini qorumağa əsgərimiz yoxdur - Polkovnik
28 Noyabr 2024 Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir
28 Noyabr 2024 Baydenin təşəbbüsü gec, lakin vacib addımdır - Ərdoğan
28 Noyabr 2024 KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 2024 Putin hədələdi: Kiyev nüvə silahı əldə etsə...
28 Noyabr 2024 Putin elan etdi: PUA qoşunları yaradırıq!
28 Noyabr 2024 Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 Gün ərzində hər şey ola bilər! - Putindən maraqlı cavab
28 Noyabr 2024 AB Ukraynaya 18,1 milyard avro kredit ayırır
28 Noyabr 2024 İsrail HƏMAS-ın raket anbarını məhv etdi
28 Noyabr 2024 Putin açıqladı: Yeni əraziləri ələ keçirəcəyik!
28 Noyabr 2024 Şoyqudan Qərbə: Nüvə doktrinasını diqqətlə oxuyun!
28 Noyabr 2024 İsrail meydan oxudu: İranın strateji sərvətini məhv etdik!