Qərb ölkələrini Kiyevə hərtərəfli dəstək verməyə, Rusiyaya qarşı daha güclü sanksiya tətbiq etməyə və bu müharibənin genişlənməsinin qarşısını almaq üçün daha çox silah göndərməyə çağırıram.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
Qeyd edək ki, AB Rusiyaya beşinci sanksiya paketini bəyan edib. Rusiya kömürünün idxalına embarqo və Rusiyanın ən böyük banklarından biri olan VTB-yə qarşı yeni məhdudiyyətlər tətbiq olunacaq.