Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərcivəsində tələbələrin hansı xərclərinin ödəniləcəyi açıqlanıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib.
O qeyd edib ki, proqram çərçivəsində beynəlxalq nəqliyyat, sığorta xərci, təhsil haqqı, aylıq təqaüd və s. ödəniləcək.
"Bu xüsusi bir normativdir. Hər bir şəhər üzrə xüsusi normativ formalaşır. Hər bir şəhər üzrə müvafiq təqaüd məbləği müəyyən ediləcək və ictimaiyyətə açıqlanacaq",- deyə o bildirib.