Mikroprosessorların aparıcı təchizatçılarından biri olan ABŞ-ın "Intel" şirkəti Ukrayna ətrafındakı vəziyyətlə əlaqədar Rusiyadakı fəaliyyətini dayandırır.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə şirkətin mətbuat xidməti bildirib.
"Bundan sonra biz Rusiyada bütün biznes fəaliyyətini dayandırdıq", - şirkətin saytında qeyd olunub.
Intel əlavə etdi ki, onlar "işçilərinə, o cümlədən Rusiyada 1,2 min işçiyə dəstək olmaq üçün çalışırlar".