Lvov vilayətində partlayışlar baş verib.
Axar.az xəbər verir ki, bu barədə Lvov hərbi administrasiyasının rəhbəri Maksim Kozitski Teleqram kanalında məlumat yayıb.
O, Lvov vilayətinin sakinlərinə müraciət edərək hava hücumundan müdafiə qüvvələrinin işlədiyini və hava məkanını qoruduğunu bildirib, hər kəsi sığınacaqlarda qalmağa çağırıb.
Kozitski qeyd edib ki, bu saata kimi zərərçəkənlər barədə məlumat yoxdur.