Buçadakı görüntülər Avropanın onilliklər ərzində şahidi olmadığı dözülməz vəhşilikdir.
Axar.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
“Moskva Ukraynadakı məqsədlərindən əl çəkmir. Rusiyanın yaxın həftələrdə Ukraynanın şərqində daha çox addım atacağını gözləyirik", - Stoltenberq bildirib.
O, NATO müttəfiqlərinin Ukraynaya daha çox silah tədarük etməkdə qərarlı olduqlarını vurğulayıb.