Üçtərəfli Brüssel görüşü öncəsi Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə erməni hökuməti məlumat yayıb.
Tərəflər Azərbaycan – Ermənistan sərhədində demarkasiya və delimitasiya prosesi, regionda nəqliyyat-kommunikasiya xətlərinin açılması, həmçinin Türkiyə - Ermənistan dialoqunu müzakirə ediblər.