Ermənistanın ikinci prezidenti Robert Köçəryan Tsaghkadzorda xizək sürərkən yıxılaraq xəsarət alıb.
Milli.Az modern.az-a istinadən xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.
Köçəryanın dəftərxanası bu mövzuda mətbuatda yazılanlara münasibət bildirib. Ofis koordinatoru Baqrat Mikoyan Robert Köçəryanın bir həftə əvvəl xəsarət aldığını deyib.
Onun əvvəlki məhkəmə iclasında iştirak etməməsinə səbəb aldığı xəsarətlər olub, müalicəsinin 10 günə yaxın davam edəcəyi bildirilib.
Robert Köçəryan səhhətində yaranan problem səbəbindən bugünkü mitinqdə də iştirak etməyəcək. Komandası ikinci prezidentin pərəstişkarlarının məyus olacağını və onun yoxluğuna görə meydana gəlməyəcəklərini düşünür.