Demilitarizasiya və denasifikasiya mürəkkəb vəzifələrdir və birdən-birə həyata keçirilmir.
Ən mühüm məqsədlərdən biri bəzi ukraynalıların yalan miflərlə dolu şüurunu dəyişdirməkdir.
Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“Rusiya Prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyası məqsədini qətiyyətlə qarşısına qoyub. Bu mürəkkəb vəzifələr birdən-birə yerinə yetirilmir. Və onlar təkcə döyüş meydanlarında həll edilməyəcək. Bu gün ukraynalıların bəzilərinin qanlı və yalan miflərlə dolu şüurunu dəyişdirmək ən mühüm məqsəddir. Məqsəd ukraynalıların gələcək nəsillərinin sülhü və nəhayət Lissabondan Vladivostoka qədər açıq Avrasiya qurmaq imkanıdır”, - Medvedyev bildirib.