Kiyevə qayıtmaq istəyən paytaxt sakinləri ən azı bir həftə gözləməlidirlər.
Axar.az xəbər verir ki, bu sözləri informasiya telemarafonunun efirində Kiyev meri Vitali Kliçko deyib.
Kliçko, həmçinin işğalçılardan azad edilmiş Kiyevətrafı qəsəbələrin sakinlərini hələlik öz evlərinə qayıtmamağa çağırıb:
“İndi Kiyev vilayətində gecə-gündüz komendant saatı var. Döyüşlərin davam etdiyi paytaxt yaxınlığındakı şəhərlərdə də böyük təhlükə yarada bilən çoxlu sayda partlayıcı əşyalar aşkar edilir. Raket hücumlarının mümkünlüyünü istisna etmirik. Bəli, hava hücumundan müdafiə qüvvələrimiz mükəmməl işləyir. Ancaq hər şey ola bilər. Ona görə də insanlardan bir az gözləmələrini və geri qayıtmamalarını xahiş edirəm”, - Kliçko qeyd edib.