Rusiya bir sıra ölkələrlə sadələşdirilmiş viza verilməsi prosesini dayandırıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, prezident Vladimir Putin bununla bağlı müvafiq fərman imzalayıb.
Yeni fərmana əsasən, Rusiya Avropa İttifaqı ölkələri, Norveç, Danimarka, İslandiya, İsveçrə və Lixtenşteynlə viza verilməsinin sadələşdirilməsi barədə sazişin bir sıra bəndlərinin icrasını dayandırır.
Bundan başqa, V.Putin Rusiya XİN-ə "dost olmayan ölkələr"in vətəndaşlarının Rusiyaya daxil olmasına fərdi məhdudiyyətlərin tətbiq edilməsini tapşırıb.