Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Bolqarıstan Prezidenti Rumen Radev arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Bildirilib ki, liderlər Türkiyə-Bolqarıstan münasibətlərinin inkişafı, eləcə də regional prosesləri müzakirə ediblər.
Həmkarını ikinci dəfə prezident seçilməsi münasibətilə təkrar təbrik edən Ərdoğan Bolqarıstanla nəqliyyat, ticarət və müdafiə sənayesi başda olmaqla mövcud köklü əlaqələri bütün sahələrdə daha da irəliyə aparmaq istədiklərini ifadə edib.
Prezidentlər Rusiya-Ukrayna müharibəsi və onun bölgəyə təsirinə dair vəziyyəti dəyərləndiriblər.