2022-ci ilin martında Türkiyədə illik inflyasiya 61,1 faiz təşkil edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Statistika Komitəsinin hesabatında deyilir.
Qeyd olunur ki, inflyasiya fevral ayı ilə müqayisədə 5,4 faiz, ötən ilin dekabrından bəri isə 22,8 faiz artıb.
İl ərzində ən çox nəqliyyat xidmətləri (99 faiz), ərzaq (70,3 faiz) və mebel (69 faiz) bahalaşıb.
Fevral ayında illikk inflyasiya 54,4 faiz təşkil etmişdi.