Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir istefa verib.
Milli.Az APA-ya istinadən bildirir ki, bu iddia ilə yerli jurnalistlərdən Mehmet Arslan çıxış edib.
O, tvitter səhifəsi vasitəsilə Özdemirin postundan ayrılmaq qərarına gəldiyini yazıb. Lakin TFF məsələ ilə bağlı hələlik rəsmi açıqlama yaymayıb.
Qeyd edək ki, Nihat Özdemir 2019-cu ildə TFF prezidenti seçilib.