Müharibə əvvəldən təşkilati baxımdan düzgün getmədi.

Hərb elmində “hazırlıq atəşi” anlayışı var - aktiv şəkildə hücuma keçməzdən əvvəl qarşı tərəfin müdafiə xətlərindəki müqaviməti qırmaq üçün edilən bombardmana deyilir. Rus ordusu çox qısa müddətdə bunu tətbiq etdi. Eyni vaxtda beş qoldan hücuma başlayan Rusiya hərəkatın ağırlıq mərkəzi ilə bağlı problemlər yaşamağa başladı.

Bu sözləri Axar.az-a açıqlamasında terror və təhlükəsizlik məsələsi üzrə ekspert Abdullah Ağar deyib. Onun sözlərinə görə, müharibəni qısa müddətdə qazanacağına ümid edən Rusiya qarşı tərəfin əzmini qırmağı bacarmadı:

“Müqayisə üçün demək istəyirəm ki, ABŞ İraqı işğala başlamadan öncə altı gün “hazırlıq atəşi” tətbiq etdi. Lakin bu, rus ordusunda yalnız 45 dəqiqə davam etdi. Nəticə etibarilə Rusiya Ukrayna ordusunun mövqelərini dağıtmağa, müqavimətini, inancını və əzmini qırmağa nail ola bilmədi. Digər bir səbəb isə döyüşlərin yaşayış məntəqələrinə keçməsidir. Yəni nə qədər güclü olmağınızdan asılı olmayaraq, belə döyüşlər sözün əsl mənasında üzbəüz getdiyi üçün nəticələri də çox ağır olur. İndi əgər hansısa bir aldatma yoxdursa, fikrimcə, müharibə öz güc dinamikasını yaratmağa başlayır”.

Abdullah Ağar Donbasda gözlənilən ağır döyüşlərin nəticəsinin müharibənin və müzakirələrin taleyini müəyyən edəcəyini vurğulayıb:

“Ukrayna ordusunun müharibənin və müzakirələrin taleyinə, gedişatına təsir edəcək əsas hissəsi Donbasda - Luqansk və Donetskdəki separatçıların mövqelərinin tam qarşısında yerləşir. Əgər rus ordusu oradakı cəbhədə mövqe tutan Ukrayna əsgərlərini mühasirəyə almağa, yaxud onlara yan və arxa cinahlardan zərbə vurmaq yolu ilə nizamı pozmağa nail olsa, müharibənin taleyini öz xeyrinə dəyişə bilər. Ukraynada Rusiyaya qurulan ən böyük tələ müharibənin geniş məkana yayılmasıdır. Bir partizan hərəkatı, yeraltından idarə olunan hərəkat və yaşayış məntəqələrindəki döyüşlər hər iki tərəfi yorar, lakin rus ordusu daha çox yorular, həm də dağılmalara məruz qalar. Çünki Ukraynanın ərazisi böyükdür, əhalisi, silahı və ordusu var. Eyni zamanda Ukrayna ordusu öz ölkəsində döyüşdüyü üçün relyefə qarşı tərəfdən daha çox bələddir, əhali də orduya kömək edir. Bu, Rusiyanın başına hörülmüş bir corabdır. Rusiya öz siyasi ehtirasları ilə real vəziyyət arasında, ABŞ isə nüvə gücünə sahib bir ölkə ilə müharibənin uzanmasının və fərqli mərhələlərə keçməsinin qarşısını almaq üçün bir balans qurmalıdır. Burada əsas məsələ Ukraynanın iradəsidir. Ukraynanı çox vaxt zəif hesab edirlər. Ancaq rəsmi Kiyev güclü müqavimət hərəkatı təşkil etmək, ağıllı siyasət yolu ilə üzərində oynanan böyük oyunu poza və öz haqqını özü ala bilər”.

29 Noyabr 2024 Tramp Maskla belə əyləndi - Video
29 Noyabr 2024 Azərbaycanda bu internet provayderləri ləğv edilir
29 Noyabr 2024 Özgür Özəl barəsində istintaq başladı
29 Noyabr 2024 Kremldən Əsədin gizli səfərinə müəmmalı cavab
29 Noyabr 2024 Kobaxidze AB-yə xəbərdarlıq etdi: səfiri qova bilər
29 Noyabr 2024 Dekabr ayının havası: yağış, qar…
29 Noyabr 2024 Əsəd qardaşını islamçılarla döyüşə göndərdi
29 Noyabr 2024 Suriyada yeni hücuma Kremldən reaksiya
29 Noyabr 2024 Papa Türkiyəyə səfər edəcək
29 Noyabr 2024 HƏMAS İsrail avtobusuna hücum etdi: 9 yaralı
29 Noyabr 2024 HƏMAS İsrailə mümkün güzəştləri müzakirə edir
29 Noyabr 2024 Suriyada “türkyönlülər” 90 vaqnerçini məhv etdi
29 Noyabr 2024 Tiflisdə aksiya: 43 nəfər saxlanıldı, 32 polis yaralandı
29 Noyabr 2024 2025-ci ildə Günəş fırtınaları olacaq, internet çökəcək
29 Noyabr 2024 Orduya əmr verdim, bu halda müharibə olacaq - Netanyahu
29 Noyabr 2024 Qazaxıstanda buna hazırıq - Putin
29 Noyabr 2024 Putin heç kimə bunu etməyə icazə vermir
29 Noyabr 2024 Bütün cəbhə xəttini qorumağa əsgərimiz yoxdur - Polkovnik
28 Noyabr 2024 Ruslara evdə şir, tülki...saxalamaq yasaq edilir
28 Noyabr 2024 Baydenin təşəbbüsü gec, lakin vacib addımdır - Ərdoğan
28 Noyabr 2024 KTMT Qarabağda İrəvanın tərəfində vuruşmamalı idi...
28 Noyabr 2024 Putin hədələdi: Kiyev nüvə silahı əldə etsə...
28 Noyabr 2024 Putin elan etdi: PUA qoşunları yaradırıq!
28 Noyabr 2024 Gürcüstan Avropa Birliyinin qrantlarından imtina etdi
28 Noyabr 2024 Gün ərzində hər şey ola bilər! - Putindən maraqlı cavab
28 Noyabr 2024 AB Ukraynaya 18,1 milyard avro kredit ayırır
28 Noyabr 2024 İsrail HƏMAS-ın raket anbarını məhv etdi
28 Noyabr 2024 Putin açıqladı: Yeni əraziləri ələ keçirəcəyik!
28 Noyabr 2024 Şoyqudan Qərbə: Nüvə doktrinasını diqqətlə oxuyun!
28 Noyabr 2024 İsrail meydan oxudu: İranın strateji sərvətini məhv etdik!