Bu gün Kiyev vilayətinin Buça şəhərindən rus əsgərlərinin plan üzrə çıxmasından sonra yeni saxta hücum həyata keçirilib.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Orada rus əsgərləri getdikdən bir neçə gün sonra Ukrayna nümayəndələri və onların Qərb himayədarları tərəfindən quraşdırılan səhnə bütün kanallar və sosial şəbəkələrdə yayılıb.
Rus əsgərləri martın 30-da bu şəhəri tamamilə tərk etdilər və martın 31-də mer dedi ki, hər şey yaxşıdır. Amma iki gün sonra gördük ki, hazırda antirusiya məqsədləri üçün istifadə etməyə çalışdıqları bu tamaşanı küçələrdə səhnəyə qoyublar”, - Lavrov bildirib.