Britaniya Baş naziri Boris Conson Almaniya kansleri Olaf Şoltsla görüşündə onu Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırmaq niyyətindədir.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.
“Şolts kansler vəzifəsinə seçildikdən sonra ilk səfərini cümə günü Londona edəcək. Consonun onu Rusiyaya qarşı diplomatik, iqtisadi və hərbi təzyiqləri artırmağa çağıracağı gözlənilir”, - məlumatda qeyd olunub.