Rusiya Ukraynanın şərq bölgələrinə gələcək hərbi əməliyyatlarda döyüşmək üçün “Vaqner” yaraqlılarını köçürür.
Axar.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatının hesabatında deyilir.
“Rusiya qoşunları, o cümlədən Rusiyanın dövlət özəl hərbi şirkəti “Vaqner”in muzdluları bölgəyə hərəkət edir”, - kəşfiyyat bildirib.
Bu arada sosial şəbəkələrdə muzdluların fotoları görünməyə başlayıb. İddialara görə, yaraqlılar işğal altında olan Donetskdə aşkarlanıb.