Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) Bədii rəhbəri Ranar Musayev işindən ayrılıb.
Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxıb.
Xəbəri AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva təsdiqləyib.
O bildirib ki, R.Musayev əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar işdən ayrılıb.
“Onun yerinə hələlik təyinat yoxdur”, - deyə əlavə edib.
Qeyd edək ki, Rövşən Məmmədov AzTV-yə rəhbər təyin olunan kimi olan kimi Əməkdar incəsənət xadimi Etibar Babayevi çıxarıb, yerinə R. Musayevi təyin etməsi ciddi narazılıqla qarşılanmışdı.
Təqdim etdiyimiz videodan sonra bu tənqidlər daha da “alovlanmışdı”: