Çexiya Prezidenti Miloş Zeman Ukraynada dinc əhalinin qətlinə görə məsuliyyət daşıyanların mühakimə olunması üçün beynəlxalq tribunalın yaradılmasına çağırıb.
Axar.az xəbər verir ki, sənədin mətni dövlət saytında yerləşdirilib.
"Respublika Prezidenti Miloş Zeman Ukraynada dinc əhalinin öldürülməsini müharibə cinayəti kimi pisləyir və bunun beynəlxalq məhkəmə tərəfindən ədalətli şəkildə cəzalandırılacağına inanır”, - sənəddə deyilir.