Pakistan Prezidenti Arif Alvi Baş nazir İmran Xanın təklifi ilə Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxıb.
Axar.az xəbər verir ki, bu barədə Pakistanın Geo TV telekanalı məlumat yayıb.
Məlumata görə, prezident müxalifətin parlamentdə Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirməyə cəhd etməsindən sonra qanunverici orqanın buraxılması təklifini qəbul edib.
Qeyd edək ki, Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq təklifini rədd edib. İmran Xan da bu gün Nazirlər Kabinetini istefaya göndərib.