İran və Amerika nüvə sazişi bağlamağa yaxındır.
Axar.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığı zamanı deyib.
"Biz danışıqlarda razılığa yaxınıq. Qalan məsələlərlə bağlı təkliflərimiz AB-nin müzakirəçiləri vasitəsilə amerikalılara ötürülüb və indi top onlardadır", - o bildirib.