Şimali Atlantika Alyansına (NATO) üzv olan böyük dövlətlərin, lazım gələrsə, effektiv dəstək üçün onun ətrafında təşkilatlanması Ukrayna üçün vacibdir.
Axar.az xəbər verir ki, bunu Rusiya ilə danışıqlardakı Ukrayna nümayəndə heyətinin rəhbəri David Araxamiya deyib.
“Biz öz NATO-muzu yaratmaq istəyirik. Təcavüz zamanı ən böyük və effektiv NATO ölkələrinin dəstək verməsi bizim üçün vacibdir. Türkiyə çox önəmlidir, Avropanın ən böyük NATO ordusudur. ABŞ və Böyük Britaniya da önəmlidir. İndi çox aktiv məsləhətləşmələr gedir. Artıq rəsmi şəkildə bəyan edilib ki, NATO-ya üzv olan üç dövlət məhz mənim təsvir etdiyim formatda zəmanət verməyə hazırdır. Bu, əslində NATO-nun 5-ci maddəsidir, lakin 72 saat ərzində daha sərt aktivləşdirmə mexanizmi ilə onlar məsləhətləşməli və yardım göstərməlidirlər”, - Araxamiya qeyd edib.