Ukraynanın Kremençuk şəhərində neft emalı zavodunun yanacaq çənləri yüksək dəqiqlikli silahla vurulub.
Axar.az xəbər verir ki, bunu Rusiya MN-in nümayəndəsi, general-mayor İqor Konaşenkov deyib.
O bildirib ki, həmin ərazidən Ukraynanın mərkəzi və şərq bölgələrindəki hərbi birləşmələr üçün yanacaq təmin edilirmiş.