Məşhur Hollivud aktyoru Şon Penn milyarder şəxslərə Ukrayna üçün qırıcılar almaqla bağlı çağırış edib.
Kult.az xəbər verir ki, aktyor bu barədə Tvitter hesabında məlumat paylaşıb.
“Ukraynaya 12 ədəd F-15 və ya F-16 təyyarələr alınmalıdır. Bununla yanaşı ukraynalı pilotlar sürətli şəkildə (3 həftə) təlim keçsə, özəl sektor rəhbərləri cəmi 300 milyon dollar xərcə düşəcək. 200 milyon dollar da HHM sistemlərinə xərclənsə, ümumilikdə 500 milyon dollar xərclə Ukraynada müharibəni bitirmək olar. Bununla, bir milyarder Ukraynadakı müharibəni bitirə bilər”, - aktyor yazıb.
Qeyd edək ki, aktyor daha əvvəl Polşadan MiQ-29 qırıcılarını Ukraynaya təslim etməyi xahiş edib.