Avropa Parlamentinin (AP) sədri Roberta Metsola Kiyevdə Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşüb.
Axar.az xəbər verir ki, görüşdə R.Metsola 3 məsələnin təminatı ilə bağlı Ukrayna liderinə söz verib.
Metsola Avropa Birliyinin (AB) Rusiyaya sanksiyalarının davam edəcəyini, AB-yə üzvlük üçün müraciət edən Ukraynanı bu prosesdə dəstəkləyəcəklərini və AB ölkələrinə qaçmaq məcburiyyətində qalan ukraynalılara evlərinə qayıdana qədər yardımların davam etdirəcəklərini bildirib.