Rusiya Donbas və Xarkova yeni hücumlara hazırlaşır.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski yeni videomüraciətində deyib.
V.Zelenski Ukraynanın şərqində vəziyyətin çətin olduğunu açıqlayıb.
Dövlət başçısı eyni zamanda Çin hökumətinə də çağırış edib:
“Türkiyə, ABŞ, İngiltərə, Almaniya və Fransa ilə yanaşı, Çindən də münaqişənin həlli üçün dəstək istəyirik”.