Britaniya xarici işlər naziri Liz Trassla ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
Axar.az xəbər verir ki, bu barədə Trass Tvitter hesabında məlumat verib.
XİN başçısı qeyd edib ki, Böyük Britaniya və ABŞ Rusiyaya Ukraynaya təcavüzünə görə təzyiqləri davam etdirmək barədə razılığa gəliblər:
“Biz razıyıq ki, Rusiyaya təzyiqlər davam etməlidir və birlikdə Rusiya enerjisindən asılılığı aradan qaldıracağıq”.
O əlavə edib ki, Britaniya və müttəfiqləri Ukraynanı dəstəkləməyə davam edəcəklər.