ABŞ-ın Ukraynaya yardımının əsl səbəbi Prezident Co Baydenin Rusiyanı cilovlamaq istəyidir.
Axar.az xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marjorie Teylor Qrin bildirib.
“Ukraynaya silah tədarükü amerikalı vergi ödəyicilərinin çiyninə ağır yük qoyub. Hazırda Bayden münaqişəyə son qoymaq üçün danışıqlara tələsmir. Əvəzində Rusiya ilə münasibətləri gərginləşdirməkdə davam edir”, - Qrin vurğulayıb.
Qrin qeyd edib ki, ABŞ Ukrayna litiumunun böyük ehtiyatlarını hasil etmək iddiasında olmalıdır, Bayden də bunu etmir.