Qərb dövlətləri Rusiya ilə iqtisadi əməkdaşlıqdan tam imtina etməyib.
Çinin Rusiya ilə ticarət əlaqələrinə Ukraynadakı vəziyyət təsir edə bilməz. Rusiya və Çin arasındakı ticarət əməkdaşlığına toxunulmamalıdır.
Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin Avropa departamentinin direktoru Vanq Lutonq brifinqdə bildirib.
"Biz ABŞ və Aİ-nın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan yan keçmək üçün qəsdən heç nə etməyəcəyik. Siz bilirsiniz ki, biz sanksiyalara qarşıyıq. Çin Ukraynadakı münaqişənin tərəfi deyil və bu bizim ticarətimizə mane olmamalıdır. ”, - Lutonq bildirib.
V.Lutonqun sözlərinə görə, Çin və başqa ölkələrin məşğulluq və həyat səviyyəsi Rusiya ilə normal ticarətdən asılıdır. Sanksiyalar bütün dünya üçün ticarət və maliyyə riskləri daşıya bilər. Bu vəziyyət İkinci Dünya Müharibəsindən sonra qurulan iqtisadi nizamı təhlükə altına qoyur.