Rusiya Prezidenti Vladimir Putin öz hərbi strategiyasına daha real münasibət göstərməyə başlayıb.
Axar.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.
“Düşünürəm ki, o, daha realist yanaşır. Çünki Rusiya qoşunlarının Ukraynanın şimalından özbaşına çıxarılmasını təsəvvür edə bilmirəm. Əgər bu manevrləri insan dilinə çevirsək, bu o anlama gəlir ki, rusların Ukraynaya 3 istiqamətdə hücum etməyə gücü yoxdur. Ona görə də qüvvələri digər istiqamətə toplayır ki, ordunu həmin rayonda (Donbas bölgəsində - red.) gücləndirsin”, - deyə XİN rəhbəri bildirib.