Amerikalı rəssam Zhenya Gershmanın fotojurnalist Volfqanq Şvanın Ukraynanın Xarkov şəhərində çəkdiyi, müharibənin simvoluna çevrilən fotonu əks etdirdiyi yağlı boya tablosu 100 min dollara satılıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, ABŞ-da "Heritage Auctions"da hərraca çıxarılan "Müharibənin ilk üzü: Ukraynalı müəllimin səmimi portreti-2022" adlı rəsm əsərindən gələn gəlirin dərnəyə bağışlanacağı bildirilib.
"Görürsən ki, bu münaqişədə dinc sakinlər ən çox əziyyət çəkənlərdir. Müharibənin fəal iştirakçısı olmayan insanların əziyyətini vurğulamaq vacibdir. Bu, bizə dəhşətə gələn mülki əhalinin əzabını görməyə kömək edir", - deyə Şvan lentə aldığı foto ilə bağlı açıqlama verib.
Rəssam Gerşman sənətin gücünə inandığını ifadə edərək "İnanıram ki, həqiqəti çəkməklə sadə bir hərəkət dünyanı dəyişə bilər. Mən idealist idim və ondan yaxşı bir şey çıxacağını bilirdim",- deyib.