Ukrayna Polşanın təklif etdiyi sülh təşəbbüslərini alqışlayır, lakin münaqişə dondurulmamalıdır.
Axar.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.
“İstənilən ssenari üçün masada fərqli həllərimiz olmalıdır. Ona görə də təbii ki, Polşa hökumətindən gələn təşəbbüslər faydalıdır. Çünki Polşa NATO-nun üzvüdür və Alyansda müəyyən təşəbbüsləri işıqlandırmaq imkanı var. Amma indi bu və ya digər ölkədə səslənən istənilən təşəbbüsə bir xəbərdarlıq edirik: bu təşəbbüslər münaqişəni dondurmamalıdır. Bizim prinsipial mövqeyimiz ondan ibarətdir ki, Rusiya fevralın 23-də tutduğu mövqelərə qayıtmalıdır və müvafiq olaraq, mövcud status-kvoya kömək edəcək heç bir təşəbbüs Ukraynanın maraqlarına cavab vermir”, - Kuleba bildirib.