Rusiyanın Belqorod vilayətində yerləşən neft anbarında güclü yanğın başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, neft anbarında olan yanacaq çənlər yanır, xilasedicilər yanğının digər çənlərə keçməsinin qarşısını almağa çalışırlar.
Hadisə nəticəsində iki nəfərin xəsarət aldığı bildirilir. Ən yaxın üç küçənin sakinləri daha təhlükəsiz yerə köçürülür.