Rusiya Prezidenti Vladimir Putin dost olmayan ölkələrin təbii qaza ödənişlərinin yeni proseduru ilə bağlı fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Biz belə ölkələrdən (dost olmayan – red) olan müqavilə tərəflərinə aydın və şəffaf sxem təklif edirik. Rusiya təbii qazını almaq üçün onlar Rusiya banklarında rubl hesabları açmalıdırlar. Ödənişlər sabahdan - bu ilin aprelin 1-dən başlayaraq bu hesablar üzərindən aparılmalıdır”, - V.Putin bildirib.
O əlavə edib ki, bu qaydalardan imtina edilməsi öhdəliyi icra etməməsi kimi hesab olunacaq və bu halda mövcud müqavilələr dayandırılacaq.