ABŞ-da "Pfizer/BioNTech" və "Moderna" peyvəndlərin ikinci gücləndirici dozası təsdiqlədikdən sonra ölkə prezidenti Co Bayden kameralar qarşısında peyvənd olunub.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o Ağ Evdə "Pfizer/BioNTech" peyvəndinin ikinci gücləndirici dozasını qəbul edib və koronavirusla mübarizədəki son vəziyyəti qiymətləndirib.
Dövlət başçısı bəyan edib ki, artıq koronavirus amerikalıların həyatına nəzarət etmir. Lakin bu, pandemiyanın bitməsi anlamına gəlmir.