Britaniya rəhbərliyi daha 14 rusiyalı məmuru sanksiya siyahısına əlavə edib.
Axar.az xəbər verir ki, sanksiyaya məruz qalan adlar arasında RT kanalı və onun baş direktoru Aleksey Nikolov, Rusiya Televiziya və Radio Şəbəkəsinin aparıcısı Sergey Brilev, “Sputnik”in baş redaktor müavini Anton Anisimov və Rusiya media qurumlarının digər yüksək vəzifəli şəxsləri də var.
Bundan başqa, Rusiya Müdafiə Nazirliyinin Milli Müdafiə İdarəetmə Mərkəzinin rəisi, general-polkovnik Mixail Mizintsev də “Mariupolun mühasirəsinin və bombalanmasının planlaşdırılması və icrasına cavabdeh olduğu” əsası ilə siyahıya daxil edilib.
RT kanalının baş redaktoru Marqarita Simonyan Britaniya sanksiyalarını agentliyə qarşı təhqir kimi qəbul etdiyini bildirib.