Ukrayna Rusiyanın cəbhənin müəyyən bölgələrində qoşunların çıxarılması ilə bağlı bəyanatlarının real təsdiqini görmür.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak deyib.
“Hesab edirik ki, onlar plan və strategiyalarını dəyişiblər. Amma bu, təəssüf ki, müharibənin dayandırılması demək deyil. Deyə bilərəm ki, vəziyyət olduqca ağır olaraq qalır. Xüsuslə humanitar vəziyyət çox pisdir”, - Yermak bildirib.
Onun sözlərinə görə, ən pis humanitar vəziyyət Mariupol şəhərindədir:
“Orada insanlar acından, susuzluqdan ölürlər, amma ruslar onlara şəhərdən çıxmağa icazə vermirlər”.