Rusiya və Belarus Litva hökumətinin hazırladığı düşmən dövlətlərin siyahısına daxil edilib.
Axar.az xəbər verir ki, bu barədə Litva hökuməti məlumat yayıb.
Məlumata görə, Litva bu dövlətlərə məxsus şirkətləri dövlət satınalmaları tenderlərindən kənarlaşdıra və ya onlarla artıq bağlanmış müqavilələrə xitam verə biləcək.
Qeyd edək ki, Litva hökumətinin təsdiqlədiyi düşmən dövlətlər və ərazilər siyahısına Rusiya, Belarus, Rusiya tərəfindən işğal olunmuş Ukrayna Krımı, Moldova hökumətinin nəzarətində olmayan Dnestryanı ərazi, Gürcüstan hökumətinin nəzarətində olmayan Abxaziya və Cənubi Osetiya əraziləri daxildir.