Müharibə başlayandan indiyədək Ukraynada rus ordusunun bombardmanları və atəşi nəticəsində 797 təhsil müəssisəsi zərər görüb, onlardan 76-sı tamamilə dağıdılıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.
“Müharibə başlayandan bəri Ukraynada 380-dən çox uşaq əziyyət çəkib. Onlardan 148-i ölüb, 232-si yaralanıb”, - məlumatda bildirilib.