İsrail vətəndaşlarına səslənirəm: Kimin sənədli silahı varsa, üzərində gəzdirsin.
Axar.az xəbər verir ki, bu barədə İsrail Baş naziri Naftali Bennett son günlər artan terror hücumları ilə bağlı müraciətində deyib.
O, İsrailin yeni bir terror dalğası ilə üzləşdiyini bildirib:
“İsrail vətəndaşları, hazırda qanlı terror dalğası ilə üzləşmişik və öncəki kimi buna da birlikdə qalib gələcəyik”.
Qeyd edək ki, son bir həftədə İsraildə ardıcıl silahlı terror aktları törədilib.