Ukraynanın beynəlxalq təhlükəsizliyinə təminat haqqında saziş üzrə referendum yalnız Rusiya qoşunları Ukraynadan çıxarıldıqdan sonra keçirilə bilər.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak çıxış edib.
“Ən əsası odur ki, biz praqmatikaya keçdik - bu, əsas məqamdır. Ukraynanın ölkəyə kömək lazım olanda yanında olacaq müttəfiqləri olmalıdır”, - müşavir söyləyib.
O xatırladıb ki, Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı hüquqi cəhətdən təsbit edilmiş sazişin bağlanması təklif olunur, bu sazişdə beynəlxalq hüquqi öhdəliklər götürəcək qarant ölkələr göstəriləcək.