ABŞ Prezidenti Co Bayden Ukraynaya hərbi yardımla bağlı Vaşinqtonla Moskvanın birbaşa qarşıdurmasına səbəb olacaq qərar qəbul etmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi Keyt Bedinqfild deyib.
“Prezident Ukraynaya nə isə göndərməyə qərar verəndə iki məqamı diqqətə alır: birincisi, yardımın Ukrayna silahlı qüvvələri üçün effektiv və faydalı olub-olmamasını dəyərləndirir, ikincisi, Amerika və Rusiya silahlı qüvvələlərinin birbaşa toqquşmasından yayınmasına çalışır”, - deyə diplomat bildirib.